525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
«Qeyri-rəsmi işləyən işçilər bir çox sosial təminatlardan məhrum olurlar. Onların sosial yığımları olmadığından hər hansı sığorta hadisəsi baş verəndə heç bir təminat əldə edə bilmirlər. Onlar istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından sığortalanmayıblar”.
Bu nu 525.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirib. Sahib Məmmədovun sözlərinə görə, sabah istehsalatda işçi xəsarət alanda onu sübut etmək çox çətin olur, əksər hallarda isə mümkün olmur:
“Ən əsas problem pensiya təminatı ilə bağlı yaranır. Qeyri-rəsmi işlədiyi müddətdə vətəndaşın fərdi hesabında sosial sığorta haqları toplanmadığından pensiyaya çıxmaq ərəfəsində baxır ki, nə yığım kapitalı var, nə də sığorta stajı. Bir sözlə, qeyri-formal işləmək işçilər üçün həm sosial, həm də digər hüquqlarının təminatı baxımından çox ziyanlı, zərərlidir”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.