ain.az, Ayna portalına istinadən məlumat verir.
"O bu gün bir şeyə razılaşdı: 200 “Boeing” təyyarəsi sifariş edəcək"
Çin lideri Si Cinpin “Boeing”dən 200 təyyarə almağa razılaşıb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bu barədə “Fox News”a verdiyi müsahibədə deyib.
"O bu gün bir şeyə razılaşdı: 200 “Boeing” təyyarəsi sifariş edəcək", - deyə Amerika lideri bildirib.
Prezident əlavə edib ki, “Boeing” əvvəlcə Çinə 150 təyyarə satmaq istəyib, lakin 200 təyyarə üçün sifariş alıb.
Trampın Çinə dövlət səfəri 13 mayda başlayıb. Bu, 2017-ci ildəki ilk müddətindən bəri doqquz ildən sonra ilk səfər olub.
Onu Çin tərəfi ilə gəlirli müqavilələr bağlamağa çalışmaq üçün Pekinə tanınmış biznes liderləri müşayiət edib. Amerikalı sahibkarlardan ibarət bu nümayəndə heyətinə “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask, “Apple”ın vəzifədən gedən baş direktoru Tim Kuk, “Nvidia”nın baş direktoru Yensen Huanq, eləcə də “Boeing”, “Goldman Sachs”, “Citigroup”, “Mastercard” və digər aparıcı şirkətlərin yüksək vəzifəli şəxsləri daxil olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.