AZ

Madurodan sonra növbə onundur?

ABŞ hakimiyyəti Kubanın keçmiş prezidenti Raul Kastroya qarşı cinayət ittihamı irəli sürməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, 94 yaşlı Raul Kastro ilə bağlı mümkün ittiham 1996-cı ildə Kubanın “Brothers to the Rescue” humanitar təşkilatına məxsus təyyarələri vurması hadisəsinə aid olacaq. Həmin insident nəticəsində bir neçə nəfər həlak olub.

İttiham aktı böyük jüri tərəfindən təsdiqlənməlidir. ABŞ Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Məqalədə qeyd olunur ki, Raul Kastro 2021-ci ildə Kuba Kommunist Partiyasının rəhbəri postundan rəsmən getsə də, ölkədə hələ də ən nüfuzlu siyasi fiqurlardan biri hesab olunur.

Musavat.com

Seçilən
10
musavat.com

1Mənbələr