AZ

Ukrayna millisinin sabiq baş məşqçisi dostunun azadlığa çıxması üçün 30 milyon ödəyib

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna millisinin keçmiş baş məşqçisi və Ukrayna Futbol Assosiasiyasının (UAF) vitse-prezidenti Sergey Rebrov prezident aparatının sabiq rəhbəri Andrey Yermak üçün girov müqabilində 30 milyon qrivnen ödəyib. Sport24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yermak bir müddət əvvəl əvvəllər Kiyev yaxınlığında kottec şəhərciyinin tikintisi zamanı 460 milyon qrivnanın yuyulmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılıb. Yermakın girov müqabilində azad olunması üçün 140 milyon qriven tələb olunub.

Rebrov mətbuata açıqlamasında bildirib ki, 2023-cü ildə milli komandanın baş məşqçisi təyin olunmasının təşəbbüskarı məhz Yermak olub.

Qeyd edək ki, 51 yaşlı Rebrov apreldə Ukrayna yığmasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr