AZ

“Müəllim hörmət edilən bir şəxs olmalıdır” Rəy

ain.az, 525.az portalına istinadən məlumat verir.

«Bu gün məktəbdə müəllimin ən böyük problemi artıq dərs keçmək deyil, özünü qorumaqdır. Çünki bir çox hallarda müəllim sinifdə tək buraxılır. Bir çox müəllimə qarşı qeyri-etik davranılır, valideyn gəlib müəllimi ittiham edir, sosial şəbəkələrdə isə müəllim linç edilir. Amma heç kim soruşmur ki, bu müəllim hansı şəraitdə işləyir”. 

Təhsil eksperti Əmrah Həsənli bunu 525.az-a söyləyib. Ekspertin dediyinə görə, müəllim toxunulmaz fiqur olmasa da, hörmət edilən bir şəxs olmalıdır:

“Müəllimə qarşı təhqir, kobudluq və psixoloji təzyiq artıq adi hal kimi qəbul edilməməlidir. Çünki son illər bəzi valideynlər müəllimi xidmətçi kimi görməyə başlayıb. Uşaq evdə düzgün tərbiyə almayıb məktəbə gəlir və müəllimə qarşı hörmətsizlik edir. Ən təhlükəli məqam isə budur ki, müəllim artıq uşağa irad bildirməyə qorxur. Çünki bilir ki, sabah bu vəziyyət videoya çəkilib sosial şəbəkələrdə paylaşılacaq və onun üzərinə çoxsaylı ittihamlar gələcək. Bu vəziyyət istər-istəməz təhsilə mənfi təsir göstərir”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
525.az

1Mənbələr