AZ

ABŞ-nin xarici yardım kəsintiləri insan hüquqlarına mənfi təsir göstərib

Human Rights Watch (HRW) təşkilatının yeni hesabatına görə, ABŞ hökumətinin 2025-ci ildə xarici yardımın böyük hissəsini kəsməsi dünyada insan hüquqlarının müdafiəsinə ciddi zərər vurub və bir çox təşkilatın fəaliyyətini zəiflədib.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu qərar nəticəsində insan hüquqları pozuntularının araşdırılması dayandırılıb, qurbanlara dəstək azalıb və bir çox ölkədə media azadlığı ilə hüquq müdafiə fəaliyyəti zəifləyib.

Təşkilat qeyd edir ki, ABŞ uzun illər bu sahədə əsas donor olsa da, yardımın qəfil dayandırılması xüsusilə 16 ölkədə ciddi problemlər yaradıb. Təşkilat həmçinin ABŞ Konqresini vəziyyəti araşdırmağa və insan hüquqları proqramlarına dəstəyi bərpa etməyə çağırıb.

Seçilən
18
qht.az

1Mənbələr