“Qarabağ”a FİFA-dan transfer qadağası qoyulduğu xəbərini vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi məsələ ilə bağlı Ali futbol qurumu ilə təmasdadır. Lazım olan bütün müraciətlər edilib. “Qarabağ” hazırda qadağanın ləğvi ilə bağlı qərarı gözləyir.
Klub rəhbərliyi bu məsələ ilə bağlı ciddi narahatlıq keçirmir. FİFA-dan gələcək qərarla qadağanın götürüləcəyinə inanır.
Çünki “Qarabağ” bütün öhdəliklərini yerinə yetirdiyini bildirib. Klubun indiki və sabiq heç bir futbolçusu ilə problem yoxdur.
Bununla bağlı yaxın vaxtlarda ictimaiyyətə açıqlama veriləcək.