Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.
Qurban Yetirmişli qeyd edib ki, Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib.