BAKI, 15 may. TELEQRAF
"Xəzər dənizindəki 5.3 bal gücündəki zəlzələ orta güclü zəlzələdir və bu cür zəlzələdən sonra ətrafda layların hərəkətləri, parçalanmalar davam edir".
Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda Konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür zəlzələlər 5-6 ay afterşoklarla davam edir.
"Zəlzələ hər gün baş verir, amma onlar xırda təkanlardır. Kahramanmaraşda baş verən zəlzələ yəqin ki, binaların tikintisinə baxanlara da dərs oldu", - o vurğulayıb.