“Şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "ATV Aktual" verilişində bildirib.
O deyib ki, Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi ərazulərdə metro stansiyası tikilsə, həmin ərazilərdən vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar:
“Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər.
Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər".