AZ

Qurban Yetirmişlidən yeni açıqlama: “Afterşoklar davam edir”

Xəzərdə apreldə qeydə alınan güclü zəlzələdən sonra seysmik aktivlik hələ də müşahidə olunur.

"Cebheinfo.az" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, aprelin 8-də Xəzərdə baş vermiş 5.1 maqnitudalı zəlzələdən sonra afterşoklar davam edir.

Q.Yetirmişli qeyd edib ki, həmin zəlzələdən sonra ərazidə 200-dən çox yeraltı təkan qeydə alınıb.

Professorun sözlərinə görə, bu tip güclü zəlzələlərdən sonra ocaqda enerji boşalmaları davam etdiyi üçün təkrar təkanların baş verməsi normal seysmik proses hesab olunur.

O vurğulayıb ki, həmin afterşokların əksəriyyəti insanlar tərəfindən hiss edilmir.

Q.Yetirmişli əlavə edib ki, hazırda seysmik vəziyyət xüsusi nəzarətdə saxlanılır və müşahidələr davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
39
cebheinfo.az

1Mənbələr