"Aprel ayında Xəzər dənizində baş verən 5.3-5.4 maqnitudakı zəlzələdən sonra 600-800 afterşok qeydə alınıb".
Ölkə.Az xəbər verir ki, bunu "Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzudunda keçirilən konfransda AMEA nəzdində RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli deyib.
"Biz ilkin okaraq ərazidən nə qədər enerji ayrıldığını nə qədər qaldığını hesablayırıq. Sonra biz "narahat olmayın, zəlzələ əsas gücünü verdi, olsa da, xırda təkanlar olacaq" açıqlamalarını bu cür hesablamalar əsasında deyə bilirik. Qalan enerji də sonradan afterşoklar hesabına boşalmağa başlayır və aylarla davam edir. Xəzərdə maqnitudası 5.3 bal olan zəlzələnin əhatəsi dərinliyinə görə böyük idi. Onun afterşokları indiyə kimi davam edir. Elə gün olmayıb ki, orada afterşok olmasın. Say hesabı ilə orada 600-800 təkan olub. Zəlzələ ocağı dərində olduğuna görə, onu əhali hiss eləmir", - deyə o əlavə edib.
Billurə Yunus