AZ

Qardaş ölkədə terror: 9 hərbçi həlak oldu

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pakistanın Xayber-Paxtunxva əyalətinin Badjaur rayonunda partlayıcı maddələrlə yüklənmiş avtomobildə olan terrorçu hərbi düşərgənin ərazisinə daxil olub və partlayıcı qurğunu işə salıb.

Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Partlayışdan dərhal sonra digər terrorçular hərbçilərə atəş açıblar. Nəticədə ən azı 9 hərbçi həlak olub, 20-dən çoxu yaralanıb.

Cavab atəşi ilə bir neçə terrorçu məhv edilib.

Qeyd edək ki, Xayber-Paxtunxvadakı radikal qruplaşmalar qondarma Vəziristan İslam Dövləti yaratmağa çalışırlar. Bölgə Əfqanıstanla sərhəddə, qəbilə ərazilərində yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
axar.az

1Mənbələr