AZ

Hörmüzdə blokada yarıldı-Nəhəng tankerlər raketlərin altından keçir

Qlobal enerji təhlükəsizliyinin mərkəzi hesab olunan Hörmüz boğazında gərgin hərbi-siyasi vəziyyətə baxmayaraq, neft nəqliyyatı dayanmır.

Musavat.com xəbər verir ki, fevralın 28-dən bəri ABŞ və İran tərəfindən tətbiq edilən blokada tədbirlərinə rəğmən, xarici ölkələrə məxsus neft tankerləri bu strateji marşrutla hərəkətlərini davam etdirirlər.

"Reuters" agentliyinin "LSEG" və "Kpler" gəmi izləmə sistemlərinə istinadən yaydığı məlumata görə, dünya neft tədarükünün təxminən 20%-nin keçdiyi bu yolda hər hansı ciddi qırılma qeydə alınmayıb.

Hazırda Yaponiya, Çin, Hindistan, Cənubi Koreya, Tayland, Vyetnam və Malayziyaya neft daşıyan tankerlər riskli sulardan keçməkdədir.

Xüsusilə hər biri 2 milyon barel tutuma malik olan "VLCC" klassifikasiyalı nəhəng tankerlərin aktivliyi diqqət çəkir. Statistik məlumatlara görə, təkcə aprel ayı ərzində Səudiyyə Ərəbistanından Yaponiyaya 2 milyon barel, İraqdan Çinə 2 milyon barel və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Asiya ölkələrinə ən azı 6 milyon barel neft ixrac edilib. Ekspertlər qeyd edirlər ki, rəsmi blokada elan olunsa da, qlobal iqtisadiyyatın iflic olmaması üçün pərdəarxası "yaşıl işıq" razılaşmalarının olması istisna deyil. Lakin buna baxmayaraq, boğazdakı hərbi gəmilərin varlığı hər an riskli insidentlərin baş vermə ehtimalını saxlayır.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr