
"Moskva ilə İrəvan arasındakı münasibətlər hazırda Qərbin Ermənistan üzərində təsirini artırmaq cəhdləri fonunda çətin bir dövr yaşayır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Avropa İttifaqı (Aİ) Ermənistanı öz orbitinə çəkir və bu da İrəvanın Avrasiya İqtisadi Birliyi (AİB) daxilindəki imtiyazlarını itirmək riskini yaradır.
“Ermənistanın Qərblə münasibətləri may ayında keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində müzakirə edilə bilər. Qərbin Ermənistanı öz orbitinə çəkmək cəhdlərini müzakirə etmək üçün fürsət olacaq", - deyə Lavrov vurğulayıb.
Daşqın HəsənovMissiya.Az