AZ

Rusiyadan Azərbaycana qarşı bir həftədə 3-cü TƏXRİBAT

Moskvada Azərbaycan əleyhinə açıq-aşkar revanşist xarakterli tədbir keçirilib. Minval Politika Telegram kanalının məlumatına görə, Rusiya paytaxtında Erməni Kilsəsi Kompleksindəki “Tapan Muzeyi”ndə açılan sərgi tamamən uydurma “artsax”a həsr olunub. Tədbirdə suverenliyimiz əleyhinə “artsaxın qaytarılması”, uydurma “soyqırımı”, “neonasizm” və Qarabağının saxta “erməni kimliyi” ilə bağlı fitnəkar bəyanatlar səsləndirilib. Arxiyepiskop Yezras Nersisyan sərgini “artsaxın təslim olmasına etiraz” adlandırıb və Azərbaycanı “erməni irsini məhv etməkdə”günahlandırıb.

Böyük

Qondarma “artsax parlamenti”nin “spikeri” Aşot Qulyan isə bildirib ki, “erməni əsirləri” (cinayətkarlar – red.) Bakıda saxlanıldığı müddətcə “Ermənistanla Azərbaycan arasında sülh sadəcə, imitasiyadır”.

Üzdəniraq sərgidə, həmçinin, Qarabağın saxta erməni toponimləri, kitablar və “erməni artsaxı” ideyasını təbliğ edən rəsmlər olan xəritələri nümayiş etdirilib. Bundan əlavə, “artsax xalqının geri qayıtması” və Azərbaycana “beynəlxalq təzyiq” yönündə çağırışlar səsləndirilib. Görəsən, Azərbaycan və Rusiya XİN-lərinin son birgə bəyanatında əskini tapmış müsbət notlardan sonra bu hərəkəti indi necə anlayaq? Moskva niyə belə təxribatlara şərait yaradır?

Yada salaq ki, az öncə Rusiyanın dövlət telekanalı Azərbaycan xəritəsində mövcud olmayan “Dağlıq Qarabağ”ı göstərməklə ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətsizlik eləmişdi. Son bir həftə ərzində, həmçinin, bir neçə erməni separatçısı mifik “artsax” təmsilçisi qismində Rusiyanın İrəvandakı səfirliyində keçirilən tədbirə dəvət alaraq orada iştirak etmişdi…

Siyasi ekspert Ramiyə Məmmədova Rusiyanın Qarabağdan könüllü gedən ermənilərin mövzusunu qapatmaq istəmədiyi qənaətindədir: “Kreml lideri erməni baş nazirlə 1 aprel görüşündə də dedi ki, Qarabağ həssas məsələdir. O deməkdir ki, Rusiya bu məsələdən əl çəkmək istəmir. Hətta vaxtaşırı humanitar yardım adı ilə Qarabağdan gedən ermənilərə ərzaq payı göndərilir. Bu anlamda sözügedən tədbirin təşkili təəccüb doğurmur. Rusiya ümid edir ki, keçmiş münaqişəni nə vaxtsa yenidən qızışdıra bilər”.

Xankəndidən

R. Məmmədova Azərbaycanın Rusiyaya etiraz məktubu göndərməli olduğunu düşünür: “İki ölkə arasında Moskva bəyannaməsi var. Tərəflər öhdəliklər götürüb. Onlardan biri də separatizmlə birgə mübarizədir. Amma Rusiya paytaxtında separatçı ünsürlərə şərait yaradılması ilə Moskva deklorasiyasının həmin müddəası pozulmuş olur. Ona görə Azərbaycan bu müqaviləni Rusiya hökumətinin yadına salmalıdır. Sözsüz ki, belə tədbirlərin keçirilməsi böyük ölçüdə heç nəyi dəyişmir. Lakin biz buna əhəmiyyətsiz yanaşa bilmərik. Ermənilər hələ də qondarma “artsax” ideyasını müxtəlif səviyyələrdə yaşatmağa çalışırlarsa, deməli, narahatlığımıza əsas var”.

Ekspertin fikrincə, ümumiyyətlə, antiterror əməliyyatından sonra təkcə Rusiya deyil, Avropa Şurası, Avropa Parlamenti, Fransa Senatı, Benilüks ölkələrinin parlamentləri, hətta İsveçrə məclisi, o cümlədən müxtəlif beynəlxalq insan haqları təşkilatları, bəzi amerikalı konqresmenlər Azərbaycana total hücuma keçib: “Onlar erməniləri qaytarmaq və həbsdəki terrorçuları azad etmək tələbi ilə çirkin kampaniya başladıb. Bu prosesin bir hissəsi də Moskvada keçirilən ünsürlərin yığıncağıdır. O baxımdan bu siyasətə kompleks baxmaq lazımdır. Hazırda Azərbaycanı şərləmək, təzyiq göstərmək, gələcəkdə ikinci “erməni genosidi” zəmini yaratmaq, ölkəmizi aqressor kimi təqdim etmək, etnik təmizləmədə ittiham etmək niyyəti güdülür. Bu məkrli planlara qarşı diplomatiyamız, lobbimiz, media, vətəndaş cəmiyyətimiz səfərbər olmalıdır. Çünki münaqişə başa çatıb, ortada sülh yaranıb, amma yeni hibrid savaş başladılıb. Bu cəbhədə də mübarizəmizi gücləndirməliyik”.

Seçilən
12
1
editor.az

2Mənbələr