AZ

İran XİN rəhbəri Hindistanın Baş naziri ilə regional məsələləri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqç Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə “Tasnim”agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Əraqçi Tehran və Yeni Dehli arasındakı tarixi və dostluq münasibətlərinə toxunub, eləcə də ABŞ-İsrail arasında İrana qarşı müharibə və onun nəticələri ilə bağlı son hadisələri təqdim edib.

Modi də öz növbəsində ikitərəfli münasibətlərin, eləcə də regional sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.

O, həmçinin Hindistanın bölgədə təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu açıqlayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr