AZ

UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçiriləcək “UFC Fight Night” turnirinin bilet qiymətləri bəlli olub.

İdman.Biz xəbər verir ki, döyüş gecəsi 27 iyunda Milli Gimnastika Arenasında təşkil olunacaq. iTicket platformasında yer alan məlumata görə, biletlərin qiyməti sektorlardan asılı olaraq 50 AZN-dən 2200 AZN-ə qədər dəyişir.

Turnir saat 17:00-da başlayacaq və 23:00-a qədər davam edəcək. "UFC Fight Night Baku" adı ilə keçiriləcək tədbir Azərbaycan azarkeşlərinə növbəti dəfə dünyanın ən nüfuzlu döyüşçülərinin qarşılaşmalarını canlı izləmək imkanı yaradacaq.

Qeyd edək ki, UFC-nin rəsmi saytında əsas döyüş kimi Rafael Fiziyev - Manuel Torres qarşılaşması göstərilib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr