AZ

Arı zəhəri süd vəzi xərçəngini məhv edir Yeni elmi iddia

Saglamolun saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliyanın Qərbi Avstraliya Universitetinin alimləri bal arısı zəhərinin əsas komponentlərindən biri olan melittinin süd vəzi xərçəngi hüceyrələrinə qarşı təsirini araşdırıb. Tədqiqatın nəticələrinə görə, bu maddə xüsusilə müalicəsi çətin olan və aqressiv hesab edilən şiş hüceyrələrinin məhv edilməsində perspektivli nəticələr göstərib. Araşdırmanın nəticələri “Nature Precision Oncology” elmi jurnalda dərc olunub.Melittinin mövcud kimyaterapiya preparatları ilə birlikdə istifadə edildikdə onların təsirini gücləndirə bildiyi qeyd edilib. Alimlərin məlumatına görə, yüksək konsentrasiyada melittin laboratoriya şəraitində süd vəzi xərçəngi hüceyrələrinin böyük hissəsini qısa müddətdə məhv edib, eyni zamanda sağlam toxumalara minimal təsir göstərib.Tədqiqatçılar bildirib ki, melittin xərçəng hüceyrələrinin membranını hədəfə alaraq onların çoxalma prosesini dayandırır. Bununla belə, mütəxəssislər qeyd edir ki, nəticələr hələ ilkin mərhələdədir və insanların müalicəsində tətbiq üçün əlavə araşdırmalara ehtiyac var.

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
saglamolun.az

1Mənbələr