Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
AzNews.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
27-29 oktyabr tarixlərində baş tutacaq olan Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.