AZ

İran XİN Netanyahunun BƏƏ-yə “gizli səfər”inə reaksiya verdi - Xəyanət edən açıq şəkildə ifşa olunacaq

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin Baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gizli səfər etdiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə o özünün “X” sosial media hesabında ərəb dilində qısa mesaj paylaşıb.

“Gizli şəkildə xəyanət edən açıq şəkildə ifşa olunacaq”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, BƏƏ Netanyahunun ölkəyə gizli şəkildə səfəri ilə bağlı yayılan məlumatı təkzib edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr