AZ

“Avroviziya-2026”: Finala çıxa bilmədik - VİDEO - YENİLƏNİB

Azərbaycan təmsilçisi “Avroviziya-2026”da mübarizəni dayandırıb xəbər verir ki, çıxışlardan sonra səsvermə keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycanın yarışmadakı təmsilçisi JIVA finala vəsiqə qazana bilməyib.

Albaniya, Avstraliya, Bolqarıstan, Kipr, Çexiya, Danimarka, Malta, Norveç, Rumıniya və Ukrayna isə finala vəsiqə qazanıblar.

Qeyd edək ki, final mayın 16-da keçiriləcək.

***

14 may, saat 23:29

Beynəlxalq musiqi yarışı “Avroviziya 2026” davam edir.

"Cebheinfo.az" xəbər verir ki, müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir.

Bu gecə keçirilən ikinci yarımfinal mərhələsində ölkəmizi JIVA (Cəmilə Həşimova) təmsil edir.

Təmsilçimiz bu yarımfinalda “Just Go” mahnısı ilə ikinci sırada səhnəyə çıxıb.

"Cebheinfo.az"

Seçilən
53
cebheinfo.az

1Mənbələr