AZ

İdman gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib

14–16 may tarixlərində Milli Gimnastika Arenası idman gimnastlarının maraqlı mübarizəsinə ev sahibliyi edir.

Apasport.az xəbər verir ki, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirdə həm qadınlar, həm də kişilər birincilik uğrunda yarışırlar.

Gimnastlar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış edirlər.

Ölkəmizi bu turnirdə qadınlar arasında böyük gimnastlar - Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, gənc gimnastlar - Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə böyük gimnastlar - Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, gənc gimnastlar - Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil edirlər.

Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabında və çoxnövçülük proqramında mükafatlandırılıblar.

Həm qadın, həm də kişi gimnastlarımız komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.

Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək

Şükrü Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Gimnastika Arenasında olub

Gimnastlarımızdan qızıl medal

Portimaoda tarixi uğur – Avropa Çempionatı başa çatdı

Azərbaycanlı gimnastlar final mərhələlərində

Seçilən
41
2
apasport.az

3Mənbələr