AZ

14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto

Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə Hindarx qəsəbəsində qeydə alınıb. Rayonun Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik maşını 2012-ci il təvəllüdlü piyada Röyal Hürbət oğlu İbrahimovu vurub. 14 yaşlı R.İbrahimov hadisə yerində həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
2
buta.tv

3Mənbələr