AZ

Ağcabədidə 14 yaşlı yeniyetmə faciəvi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
 

Belə ki, Hafiz Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik avtomobili yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Röyal İbrahimovu vurub.


Nəticədə 14 yaşlı piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim.Media, Qarabağ bürosu

Seçilən
34
1
bizim.media

2Mənbələr