AZ

Netanyahu “The New York Times” qəzetini məhkəməyə verir


İsrailin Baş naziri Benyamin Netanyahu fələstinlilər haqqında məqaləyə görə Amerikanın “The New York Times” (NYT) qəzetini məhkəməyə vermək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin saytında məlumat dərc olunub.
Məlumata görə, Netanyahu və xarici işlər naziri Qideon Saar “indiyə qədər dərc olunmuş ən dəhşətli və təhrif olunmuş yalanlardan biri"nə görə “The New York Times” qəzetinə qarşı məhkəmə iddiası qaldırıblar.
Ofis əlavə edib ki, bu, NYT jurnalisti Nikolas Kristofun məqaləsi ilə bağlıdır.
Onun ən son məqaləsi 11 mayda dərc olunub. Kristof “Fələstinlilərin təcavüzünə qarşı səssizlik” adlı yazısında İsraildə fələstinli məhbuslara qarşı sistematik cinsi istismarı ətraflı şəkildə izah edir.
Seçilən
17
yeniavaz.com

1Mənbələr