AZ

Bu qidalar xərçəng riskini artırır -Həkimdən XƏBƏRDARLIQ

Dietoloq İrina Merkulova bildirib ki, kolbasa, sosiska, hot-doq, bekon və vetçina kimi emal olunmuş ətlər sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Onun sözlərinə görə, bu məhsullar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci qrup kanserogen kimi təsnif edilir.

Redaktor.az xəbər verir ki, həkim bu haqda aif.ru-ya danışıb.

Mütəxəssis qeyd edib ki, gündə cəmi 50 qram emal olunmuş ət məhsulu qəbul etmək yoğun bağırsaq xərçəngi riskini 18 faiz artırır.

Dietoloq həmçinin şəkərli qazlı içkilərin və hazır meyvə şirələrinin piylənmə və xroniki iltihaba səbəb olduğunu, bunun da xərçəng riskini yüksəltdiyini vurğulayıb. O, yağlı souslar, sənaye üsulu ilə hazırlanan ədviyyatlar və bəzi hazır əlavələrin də təhlükəli ola biləcəyini deyib.

Merkulova insanlara kolbasa və sosiskalardan uzaq durmağı, onların əvəzinə təbii ət məhsullarına üstünlük verməyi tövsiyə edib. O, qazlı içkilər əvəzinə su içməyi, sousları isə ev şəraitində zeytun yağı və limonla hazırlamağı məsləhət görüb.

Dietoloqun sözlərinə görə, əsas risk faktorlarından biri də oturaq həyat tərzi və piylənmədir. O bildirib ki, sağlamlıq üçün ən doğru seçim müxtəlif və balanslı qidalanmaq, tərəvəz və təbii məhsullara üstünlük verməkdir.

Aytəkin TOFİQQIZI

Seçilən
102
1
redaktor.az

2Mənbələr