AZ

ABŞ və Çin texnologiya sahəsində bir birini gizli izləyir

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və Çin texnologiya sahəsində bir-birinə qarşı kəşfiyyat fəaliyyəti aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə o, cümə axşamı "Fox News" kanalına verdiyi müsahibədə danışıb.

ABŞ-ın intellektual mülkiyyətinin Çin tərəfindən oğurlanması ilə bağlı suala cavab verərkən Tramp qeyd edib ki, bu mövzuda "CBS News" kanalına verdiyi son müsahibədə də danışıb. “Jurnalist mənə sual verdi, Çinlə bağlı danışdı, deyirdi ki, onlar bəzi şeyləri bizdən oğurlayır. Mən isə dedim ki, biz də bunu edirik. Onlar bizim arxamızca casusluq edirlər. Mən də dedim ki, biz də onların arxasınca casusluq edirik”, – deyə Tramp söyləyib.

“Biz nəyisə edirik, onlar nəyisə edirlər. Belədir işin vəziyyəti. Amma mən bu barədə Çin Prezidenti Si Cinpinqlə çox ciddi danışmışam və istərdim ki, bu məsələ həll olunsun”, – deyə ABŞ lideri qeyd edib. “Onlar bunu 50 ildir ki, edirlər”, – deyə Tramp əlavə edib.

Tramp mayın 13-dən 15-dək Çində səfərdədir. Cümə günü onun Si Cinpinqlə növbəti görüşü planlaşdırılıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
bizimyol.info

1Mənbələr