Pul yığmaq üçün ən yaxşı variantlardan biri bank depozitidir .
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsinin rəhbəri Anatoli Aksakov bildirib.
Onun sözlərinə görə, bu vəsaitlər əmanətlərin sığortalanması sistemi ilə qorunur. Əgər kredit təşkilatı müflis olarsa, müştəriyə bütün vəsaiti yenə də qaytarılacaq. İkinci variant isə federal borc istiqrazlarıdır. Aksakov deyib ki, burada gəlirlilik əmanətlər üzrə gəlirlilikdən aşağı olsa da, istiqraz daha uzunmüddətli dövrdə yüksək qiymətlə ödənişləri təmin edir.
Parlamentari vurğulayıb ki, federal borc istiqrazları zəmanətli investisiyadır, çünki dövlət hər zaman vətəndaşla hesablaşacaq. Nəhayət, üçüncü üsul isə səhmlərdir. Aksakovun sözlərinə görə, hazırda bu bazarın aktiv şəkildə inkişaf etməsi üçün hər şey edilir.