Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə mediasında məşhur serial aktyorları İlhan Şen və Biran Damla Yılmaz haqqında yeni sevgi iddiası gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, NOW TV-də yayımlanan “Halef: Köklərin Çağırışı” serialının çəkiliş meydançasında başlayan yaxınlıq zamanla romantik münasibətə çevrilib.
Məsələ ilə bağlı açıqlama verən jurnalist Seyhan Erdağ bildirib ki, cütlük bir müddətdir birlikdədir. Onun sözlərinə görə, serialın ilk çəkiliş dönəmində hər iki aktyorun şəxsi münasibətləri olsa da, sonradan aralarında yaxınlaşma yaranıb.
Ərdağ canlı yayım zamanı “Onlar artıq çəkiliş meydançasında birlikdə vaxt keçirir və bir-birlərinə “sevgilim” deyə müraciət edirlər” sözlərini işlədib.
Veriliş zamanı serialın digər baş rol ifaçılarından biri olan Aybüke Pusat haqqında da diqqətçəkən iddia səsləndirilib. Bildirilib ki, aktrisa mövsümün sonunda layihədən ayrılmağa hazırlaşır. Buna səbəb kimi isə çəkiliş meydançasında yaşandığı iddia edilən problemlər göstərilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.