Boliviyanın paytaxtı La-Pasda prezident Rodriqo Pasın istefası tələbi ilə keçirilən mədənçi birliklərinin etiraz aksiyası zamanı partlayışlar baş verib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, yürüş iştirakçıları şəhərin əsas tarixi və siyasi meydanlarından biri olan Plaza Murilloya çatmağa çalışarkən polislə toqquşma baş verib.
Şahidin sözlərinə görə, bəzi nümayişçilər polis tərəfinə dinamit çubuqlarına bənzər əşyalar atıblar. Etirazlar ölkənin iqtisadi və yanacaq böhranı fonunda keçirilir. Bundan əvvəl etirazçılar Boliviyanın bir neçə bölgəsində yolları bağlayaraq dövlət başçısının istefasını tələb etmişdilər.