ABŞ hökumət təyyarəsi cümə axşamı günortadan sonra Havana beynəlxalq hava limanından havaya qalxarkən görüntülənib.
"Report" xəbər verir ki, "Reuters" agentliyinin şahidə istinadən verdiyi məlumata görə, bu, ABŞ prezidenti Donald Trampın Vaşinqton və Havananın danışıqlar aparmaq niyyətində olduğunu açıqlamasından bir neçə gün sonra baş verib.
Qeyd olunub ki, ABŞ-Kuba münasibətlərində uzun müddətdir davam edən gərginlik fonunda iki ölkə arasında mümkün təmaslar xüsusilə diqqəti cəlb edir.