AZ

Kuba ABŞ yardımına görə təşəkkür etməyə hazırdır

BAKI, 15 may. TELEQRAF

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ hökumətinin ölkəsinə yardım göstərməyə hazır olacağı təqdirdə Havananın buna görə minnətdar olacağını bildirib.

Teleqraf xəbər verir ki, Kuba lideri əsas ehtiyacların yanacaq, ərzaq və dərman vasitələri olduğunu qeyd edib.

Migel Dias-Kanel sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Kuba beynəlxalq yardımların, o cümlədən ABŞ-dən gələn humanitar dəstəyin qəbulunda geniş və konstruktiv təcrübəyə malikdir.

Onun sözlərinə görə, Vaşinqton həqiqətən elan edilən həcmdə və humanitar yardım qaydalarına uyğun şəkildə dəstək göstərməyə hazır olsa, Kuba tərəfindən heç bir maneə və ya minnətsizliklə qarşılaşmayacaq.

Kuba Prezidenti eyni zamanda ölkədəki ağır humanitar vəziyyətin ABŞ-nin ticarət-iqtisadi və enerji blokadası ilə daha da dərinləşdiyini vurğulayıb. O bildirib ki, blokadanın yumşaldılması vəziyyətin daha sürətli həllinə kömək edə bilər.

Qeyd edək ki, həftənin əvvəlində Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya ABŞ-nin Kubaya yardım ayırmağa hazır olması barədə məlumatları “tamamilə uydurma” adlandırmışdı.

Seçilən
58
teleqraf.com

1Mənbələr