AZ

Bahalaşma dalğası gəlir – premium Android telefonlar od qiymətinə satılacaq

Yeni nəsil mobil prosessorların qiymətində gözlənilən kəskin artım Android smartfon bazarında ciddi bahalaşmaya səbəb ola bilər.

Musavat.com xəbər verir ki, ekspertlərin məlumatına görə, qabaqcıl çiplərin qiyməti hazırkı 170–200 dollar səviyyəsindən 300 dollardan yuxarı həddə qalxacaq. Bu isə xüsusilə premium seqmentdə satışa çıxacaq cihazların qiymətlərinə birbaşa təsir edəcək.

Bildirilir ki, yeni bahalaşma dalğası Samsung, Xiaomi və OnePlus kimi istehsalçıların flaqman modellərində daha çox hiss olunacaq.

Mütəxəssislər hesab edir ki, bəzi yeni Android smartfonlarının qiyməti hətta Apple istehsalı olan iPhone modellərini də geridə qoya bilər.

 

Musavat.com

Seçilən
57
musavat.com

1Mənbələr