Alimlər dünyanı yeni və daha təhlükəli “El-Ninyo” iqlim dövrünün gözlədiyini açıqlayıblar.
Musavat.com xəbər verir ki, mütəxəssislərin fikrincə, bu proses qlobal miqyasda hava şəraitini dəyişdirərək ciddi fəlakətlərə səbəb ola bilər.
“El-Ninyo” Sakit okeanda suyun temperaturunun normadan yüksəlməsi ilə müşahidə olunan təbii hadisədir. Bu proses nəticəsində bəzi bölgələrdə güclü daşqınlar baş verir, digər ərazilərdə isə quraqlıq və meşə yanğınları genişlənir.
Alimlərin proqnozlarına görə, 2026-cı ildə okean temperaturu normadan 3 dərəcə yüksək ola bilər. Bu isə məhsuldarlığın azalması, ərzaq böhranı, qiymət artımı və kütləvi miqrasiyalar riskini artırır.
Mütəxəssislər bildirirlər ki, 1877-ci ildə baş vermiş güclü “El-Ninyo” dövrü tarixdə ən ağır iqlim fəlakətlərindən biri hesab olunur. Həmin dövrdə dünyada milyonlarla insan aclıq və xəstəliklər səbəbindən həyatını itirib.
Musavat.com