AZ

Robert Koçaryanın Azərbaycandakı oxşarı kimdir? - ADI AÇIQLANDI + FOTO

"Hər dəfə Ermənistandan verilən süjetlərdə Robert Koçaryanın mənfur sifətini görəndə nədənsə Azərbaycanda Rəhim Qazıyevin bənzər sifəti göz önündə canlanır".

"Yeni Sabah" xəbər verir ki, bunu deputat, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa sosial şəbəkədə yazıb.

"Eyni mərkəzə quyruq bulayan bu ünsürlərin hər ikisi xalqımıza böyük faciələr yaşatmışlar. Hər dəfə Şuşanı ziyarət edəndə bu iki yaramazın məğlub siluetini xatırlayıb təsəlli tapır Azərbaycan övladları…" - Fazil Musafa əlavə edib. Dördpendirli pizza

Qeyd edək ki, 83 yaşlı Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. Onun barəsində 1993-cü ildə Şuşanın işğalı və vətənə xəyanət ittihamı ilə ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib və 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.


Telegram kanalımız
Seçilən
6
1
yenisabah.az

2Mənbələr