AZ

Putinin yanlış siyasəti Rusiyanı tamamilə izqoy ölkəyə çevirir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mayın 9-da öz paytaxtında qorxusuz-hürküsüz parad keçirə bilmək üçün rəsmi Kiyevin razılığını almağa möhtac qalan "böyük" Rusiya, aradan 5 gün keçəndən sonra yenidən Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirməklə bir daha özünün qeyri-adekvat, vəhşi simasını göstərmiş oldu. Dronlar, ballistik və qanadlı raketlərlə endirilən amansız zərbələr nəticəsində şəhərin 7 rayonunda dağıntı və yanğınlar qeydə alınıb, o cümlədən Darnitski rayonunda yaşayış evi çöküb, dağıntılar altında qalanlar var. Ümumilikdə, bu zərbələr nəticəsində 7 nəfər ölüb, 30-dan çox şəxs isə yaralanıb. 15 may Kiyevdə matəm günü elan olunub. Bu qərar Rusiyanın Ukrayna paytaxtına qarşı həyata keçirdiyi ən kütləvi hücumun qurbanlarının xatirəsinə qəbul edilib. Beləliklə, Rusiya adəti üzrə yenə də yaşayış binalarını, xəstəxanaları, küçələri, uşaq meydançalarını vurmaqla növbəti də özünü terrorçu dövlət kimi nümayiş etdirdi. Başqa sözlə desək, Rusiya həmişəki kimi özünə, öz köhnə xislətinə, dağıdıcı ənənəsinə sadiq qaldı. Tolstoyları, dostoyevskiləri, puşkinləri, saltıkov-şedrinləri ilə qürrələnən "mədəni Rusiya" Kiyevi bombalamaqla əsl həqiqətdə isə vandalizm "mədəniyyət"indən çox da uzaqlaşa bilmədiyini əyani göstərdi. Yalandan "mədəni ölkə", "sivil ölkə" maskasını taxmaqla deyil ki. Müharibə gerçəklikləri Rusiyanın qeyri-mədəni üzünü açıq şəkildə ifşa edir. 21-ci əsrdə müharibəyə bu qədər dəlicəsinə heyranlıq duymaq, şəhərləri amansızcasına dağıtmaq yalnız və yalnız orta əsrlər təfəkkürünün təzahürüdür. Ən qəribəsi də budur ki, İkinci Dünya müharibəsində məhz faşizmin bütün dəhşətlərini yaşamış bir ölkənin varisi (Rusiya) bu gün özünü faşist Almaniyasından da daha betər aparır. Beləliklə, əsl, gerçək "rus mədəniyyəti"nin yaxın-uzaq qonşularına səbəbsiz yerə hücum etməkdən, şəhərləri tarmar etməkdən, dinc insanların ölümünə səbəb olmaqdan, bəşəriyyətin təhlükəsizliyinə qənim kəsilməkdən ibarət olduğu üzə çıxır. Müasir rus ideoloqlarının uydurduğu "rus dünyası" (rus aləmi) təbliğatı Kremli getdikcə daha da zorakı siyasət yürütməyə təhrik edir. Bu isə Rusiyanın sivil dünyadan getdikcə daha çox təcrid olunmasına səbəb olur. Putinin yanlış siyasəti Rusiyanı tamamilə "izqoy" ölkəyə çevirir. Əlisahib Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
newscenter.az

2Mənbələr