WUF13-də operativ dəstək xidmətləri göstəriləcək
Bu barədə Ajans.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, A zonasında xüsusi ayrılmış məntəqə əlil arabaları üçün ilkin texniki baxış və dəstək təklif edəcək, elektrik əlil arabalarından istifadə edən iştirakçılar üçün isə müraciət əsasında portativ enerji stansiyaları əlçatan olacaq: "Gözlə görünməyən əlilliyi olan iştirakçılar üçün nəzərdə tutulmuş xüsusi qolbaqlar yardım masasında könüllü olaraq təqdim ediləcək. S zonasında xidməti və bələdçi itlərin müayinəsi, eləcə də zərurət yarandıqda ilk tibbi yardım dəstəyi üçün xüsusi otaq ayrılacaq",- məlumatda qeyd olunub.