AZ

“Sizi qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik”

Fransa milli komandasının dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, "Real Madrid"in hücumçusu Kilian Mbappe də siyahıya daxil edilib.

Bundan sonra hücumçu sosial şəbəkə hesablarında paylaşım edib:

“Dünya çempionatı, 3-cü hissə. Yenidən ölkəmi ən böyük turnirdə təmsil etmək fürsətinə sahib olmaq böyük qürurdur. Sizi qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Mbappenin uşaqlıqda Fransa millisinin formasında çəkilmiş fotosu ilə etdiyi paylaşımda bildirilir.

Kiliana Mbappe 2018 və 2022-ci il dünya çempionatlarında da iştirak edib. Hər iki turnirdə fransızlar finala qədər yüksəliblər: birində Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib, digərində isə Argentinaya penaltilər seriyasında 3:3 (penaltilərdə 2:4) hesabı ilə məğlub olublar.

Fransa millisinin dünya çempionatındakı ilk oyunu 16 iyunda Seneqala qarşı olacaq. Qrup mərhələsində “üçrənglilər” həmçinin İraq və Norveç yığmaları ilə qarşılaşacaqlar.

Seçilən
64
90deqiqe.az

1Mənbələr