Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasındakı görüşə dair açıqlama yayıb.Metbuat.az xəbər verir ki, açıqlamada Çində keçirilən görüş zamanı qlobal enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq məsələləri ön plana çıxıb. Məlumata görə, tərəflər arasında əldə olunan ən mühüm razılaşmalardan biri Hörmüz boğazı ilə bağlıdır. Qeyd olunur ki, hər iki lider qlobal bazarlarda enerjinin sərbəst axınını təmin etmək məqsədilə strateji əhəmiyyətli Hörmüz boğazının açıq qalmasının zəruriliyi barədə həmrəylik nümayiş etdiriblər.