AZ

Conatan Rou üçün “Çelsi” və “Qalatasaray” mübarizə aparır

“Bolonya”nın hücumçusu Conatan Rou karyerasını yenidən İngiltərədə davam etdirə bilər.  

90deqiqe.Az-ın “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumatına görə, 23 yaşlı futbolçunun transferində “Çelsi” və “Qalatasaray” maraqlıdır. Hər iki klubun skautları “Bolonya”nın “Napoli”yə qarşı son oyununda tribunada olub.

Həmin görüşdə hücumçu 91-ci dəqiqədə qələbə qolunu vurub. Sözügedən klublar artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

O, əvvəllər “Norviç” klubunda çıxış edib.

Conatan Rou 2025-ci ildə “Marsel”dən “Bolonya”ya 17 milyon avroya transfer olunub. Onun müqaviləsi 2029-cu il iyunun 30-na qədər qüvvədədir.

Cari mövsümdə futbolçu İtaliya klubunun heyətində 41 oyuna çıxaraq 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr