AZ

Si Cinpin Trampa bu sözü verib

ABŞ Prezidenti Donald Tramp Çinə səfəri çərçivəsində bu ölkənin sədri Si Cinpinlə keçirdiyi görüşün detallarını açıqlayıb.Metbuat.az xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Tramp, Pekinin İranla bağlı məsələlərdə vasitəçilik etməyə hazır olduğunu bildirib. Tramp qeyd edib ki, Si Cinpin həm İranla yeni bir sazişin imzalanmasına, həm də Hörmüz boğazında ticarət tranzitinin təhlükəsizliyinə dəstək vermək istəyir. O, "Si razılaşma tərəfdarıdır. O mənə dedi ki, əgər hər hansı bir köməyi dəyə bilərsə, bunu etməyə hazırdır. Çin Hörmüz boğazının açıq qalmasında maraqlıdır", - deyə bildirib.

Müsahibədə ən diqqətçəkən məqam isə Çin liderinin İrana hərbi yardımla bağlı verdiyi söz olub. Trampın sözlərinə görə, Si Cinpin rəsmi Pekinin Tehrana hərbi avadanlıq göndərməyəcəyinə dair qəti zəmanət verib. Trampın sözlərinə görə, Si Cinpin İrana hərbi dəstək verməyəcəyini bildirib və bu, olduqca vacib bir bəyanatdır.

Seçilən
17
metbuat.az

1Mənbələr