AZ

 İlk ağıllı termometr təqdim olundu

Mətbəx texnologiyaları sahəsində dünya nəhəngi olan “KitchenAid” kulinariya həvəskarları üçün nəzərdə tutulmuş ilk ağıllı termometrini istifadəçilərə təqdim edib. Yeni “KitchenAid Smart Thermometer” həm ev şəraitində, həm də qril başında yeməyin daxili temperaturunu real vaxt rejimində izləməyə şərait yaradır.

Cihaz iki fərqli versiyada bazara çıxarılır: tək problu (ölçmə ucluğu) model 100 dollar, iki problu model isə 200 dollar qiymətinə təklif olunur. Termometrdən soba, qril, air fryer və qaz plitələrində rahatlıqla istifadə etmək mümkündür. Problar suya davamlıdır və qabyuyan maşında yuyulma üçün tam təhlükəsizdir. Tam şarjla 24 saat fasiləsiz işləyən cihaz, uzunmüddətli bişmə tələb edən yeməklər (məsələn, brizket) üçün idealdır. Sürətli şarj funksiyası isə cəmi 5 dəqiqəyə cihaza 5 saatlıq əlavə enerji qazandırır.

Cihaz “KitchenAid App” tətbiqi vasitəsilə smartfona bağlanır. Bu proqramla bişirmə prosesini qrafiklərlə izləmək, taymerlər qurmaq və lazımi temperatur həddinə çatdıqda bildirişlər almaq olar. Yaddaşında 20-yə qədər fərqli bişirmə rejimini saxlaya bilən sistem “Bluetooth” vasitəsilə çalışır.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr