AZ

Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Astroloji təhlillərə görə, bəzi bürclər emosiyalarını ifadə etmək məsələsində digərlərindən daha ehtiyatlıdırlar. Onlar üçün etibar hər şeydən öndə gəlir və qarşı tərəfə tam güvənmədən qəlbinin qapılarını açmırlar.

Milli.Az münasibətlərdə zamana ehtiyacı olan, sevgiyə məsafəli 5 bürcü təqdim edir:

Oğlaq

Oğlaqlar məntiqli və idarəedici strukturu ilə tanınırlar. Onlar üçün duyğular deyil, reallıqlar önəmlidir. Münasibətlərdə tam təhlükəsizlik hiss etməyənə qədər hisslərini büruzə verməzlər. Onların qəlbini qazanmaq səbir və sarsılmaz etibar tələb edir.

Qız

Qız bürcü üçün hər şey analizdən keçməlidir. Qarşı tərəfi uzun müddət müşahidə edən, detallara diqqət yetirən bu bürc, emosional bağ qurmazdan əvvəl hər şeyin mükəmməl və doğru olduğundan əmin olmaq istəyir. Onların məsafəsi əslində özlərini qoruma mexanizmidir.

Dolça

Dolçalar fərdi azadlıqlarına həddindən artıq düşkündürlər. Ciddi bir münasibətin onların şəxsi məkanını daraldacağından qorxduqları üçün həmişə müəyyən bir məsafə saxlayırlar. Dolça üçün eşq dostluqdan başlamalıdır; yalnız o zaman qəlbinin qapılarını yavaş-yavaş aça bilər.

Əqrəb

Əqrəblər daxilən çox güclü və dərin hisslər yaşasalar da, bunları xaricə yansıtmaqda çox ehtiyatlıdırlar. Onlar üçün güvən hissi həlledici amildir. Xəyanətə uğramaqdan qorxduqları üçün özlərini bir sirr pərdəsi arxasında gizlədirlər. Onların sevgisini qazanmaq üçün sınaqlardan keçməyə hazır olmalısınız.

Əkizlər

Əkizlərin məsafəsi adətən qərarsızlıqdan qaynaqlanır. Tez-tez dəyişən ruh halı və fikirləri onların bir nəfərə tam bağlanma prosesini uzadır. "Görəsən bu doğrudurmu?" sualı onların ağlında həmişə dolandığı üçün emosional yaxınlıq qurmaqda tərəddüd edirlər.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
news.milli.az

1Mənbələr