AZ

Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Biz bunu bir dənə də olsun raket atmadan etdik. Zənginləşdilmiş uranın 97%-ni İrandan çıxardıq. Bu sazişin işlədiyinə şübhə yoxdur və çoxlu insan öldürmək və ya Hörmüz boğazını bağlamaq məcburiyyətində qalmadıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Barak Obama İranla bağladıqları saziş haqda danışarkən deyib.

O bildirib ki, İran həqiqi diplomatiya yolu ilə və müharibə və ya eskalasiya olmadan mülki nüvə proqramının əhəmiyyətli bir hissəsini məhdudlaşdırmağa razılaşıb və öhdəliklərini yerinə yetirib:

“Bu, İranın həmişə müharibə yox, sülh axtardığını və onunla diplomatiyanın “qarşılıqlı qələbə" əsasında aparıla biləcəyini sübut edir”.

Qeyd edək ki, Tramp ilk prezidentlik müddətində İranla bağlanan 5+1 sazişindən çıxaraq, İslam Respublikasına sanksiyaları bərpa etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
axar.az

1Mənbələr