AZ

Bu, dövlətin humanist siyasətinin təzahürüdür

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qurban bayramı ərəfəsində aztəminatlı ailələrə göstərilən maddi yardımlar cəmiyyətdə sosial həmrəyliyin və sosial müdafiə siyasətinin vacib elementlərindən biri hesab olunur. Bu cür dəstək xüsusilə iqtisadi çətinlik yaşayan ailələrin bayram günlərində əsas tələbatlarını qarşılamağa imkan yaradır və sosial bərabərsizliyin müəyyən qədər azaldılmasına xidmət edir. Bununla belə, yardımların əsasən bayram dövrü ilə məhdudlaşması onların ümumi iqtisadi proseslərə ciddi təsir imkanlarını məhdudlaşdırır.Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, Azərbaycan dövləti sosial dövlətdir və təbii ki, aztəminatlı ailələrə hər bayramda, xüsusilə də Qurban bayramında müəyyən icra strukturları, eləcə də müxtəlif dövlət təşkilatları tərəfindən yardımlar edilir:"Bu, cəmiyyətdə həm sosial ədalətin təmin olunması, həm də mövcud iqtisadi problemlərin sosial layihələr vasitəsilə yüngülləşdirilməsi istiqamətində atılan addımlardır və dövlətin humanist siyasətinin təzahürüdür. Effektiv mexanizm dedikdə isə daha arzuolunan variant ondan ibarətdir ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətdə bu zümrədən olan insanların sayı minimum olsun, iqtisadi aktivlik artsın və insanlar gündəlik tələbatlarını istehlak səbətinə uyğun şəkildə ödəmək imkanı əldə etsinlər. İş yerləri olsun, əməkhaqları mövcud inflyasiya və qiymət artımını qarşılaya bilsin. Ən arzuolunan effektivlik məhz budur.Lakin bu istiqamətdə addımlar atıldığı halda belə müəyyən insanlar yenə də iqtisadi çətinliklərlə üzləşirsə və bayram günlərində onlara dövlət tərəfindən dəstək göstərilirsə, bu yalnız alqışlanmalıdır.Bu yardımların istehlaka təsirinə gəldikdə isə qeyd etmək lazımdır ki, söhbət əsasən bayram günlərində həyata keçirilən dəstəkdən gedir. Bu səbəbdən də istehlak imkanlarına və istehlak səbətinə ciddi təsir göstərmir. Yardımlar mütəmadi xarakter daşımadığı və əsasən bayramlarda həyata keçirildiyi üçün iqtisadi proseslərə ciddi təsirindən danışmaq doğru olmaz".Ekspert deyib ki, Azərbaycan cəmiyyətində insanlar davamlı maddi yardımlara ehtiyac duymasın və mövcud iqtisadi sistem elə bir şərait yaratsın ki, vətəndaşlar öz problemlərini və istehlak ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilsinlər:"Bu baxımdan Avropa ölkələrində də oxşar praktika mövcuddur. Məsələn, müvəqqəti işsizlər və aztəminatlı qruplar üçün dövlət dəstəyi proqramları həyata keçirilir. Yəni bu, yalnız inkişaf etməkdə olan ölkələrə məxsus problem deyil. İnkişaf etmiş dövlətlərdə də sosial dəstək mexanizmləri tətbiq olunur və dövlət hər il büdcədən bu istiqamətdə müəyyən vəsait ayıraraq sosial siyasətin əsasını təşkil edən layihələri həyata keçirir. Eyni zamanda maddi yardım göstərilməsi və ya müxtəlif istehlak məhsullarının vətəndaşlara təqdim olunması istiqamətində addımlar atılır.Ölkənin sahibkarları və biznes nümayəndələri də bu istiqamətdə dövlət tərəfindən təşviq olunur. Bu addımlar cəmiyyətdə sosial tarazlığın və iqtisadi bərabərliyin təmin edilməsi baxımından mühüm stimul hesab olunur. Lakin yenə də qeyd etmək lazımdır ki, bu yardımlar əsasən bayram günlərində həyata keçirildiyi və yardım alan təbəqənin həcmi böyük olmadığı üçün daxili istehlaka ciddi təsir göstərdiyini demək mümkün deyil", - deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
demokrat.az

1Mənbələr