AZ

Tramp: Si Cinpin İrana hərbi texnika göndərməyəcəyinə SÖZ VERDİ

Çin Xalq Respublikasının Sədri Si Cinpin Hörmüz boğazının açılmasında kömək təklif edib və İrana ABŞ ilə İsrailə qarşı müharibədə kömək məqsədilə hərbi texnika göndərməyəcəyinə söz verib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

İki liderin Pekindəki görüşündən sonra verdiyi müsahibədə Tramp:

"O, hərbi texnika tədarük etmək niyyətində olmadığını bildirdi... bunu qətiyyətlə bəyan etdi", – deyə qeyd edib.

ABŞ Prezidenti əlavə edib:

"O, Hörmüz boğazının açıq olmasını istəyir və bildirdi ki, əgər kömək edə biləcəyim bir şey varsa, kömək etmək istərdim".

Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr