AZ

Donald Trump: Si Cinpin İrana silah göndərməyəcəyinə zəmanət verib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Vaşinqton, 14 may, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ona Çinin İrana silah göndərməyəcəyinə dair zəmanət verdiyini deyib.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Çində “Fox News”a müsahibəsində söyləyib.

“Si Cinpin bu barədə bu gün açıqlama verdi. Bu, çox mühüm bəyanatdır. Bununla belə, Çin neftin böyük hissəsini İrandan alır və bu əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirib”, – deyə ABŞ Prezidenti əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
5
azertag.az

6Mənbələr