AZ

Güldana görə ailə dağıldı İş məhkəməyə qədər uzandı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Sənan həyat yoldaşı Tamara (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisənin yaranmasına səbəb Sənanın evlərinin qonaq otağında güldanı sındırması səbəbindən yaranıb. Aralarında yaranmış mübahisə zamanı o, qəsdən Tamaranın boğazından tutaraq sıxıb, əli ilə üz və baş nahiyələrindən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Qadın da ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr