ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Yolun ortasında evakuator gözləyən sürücünü avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Məlumata görə, sürücü idarə etdiyi “KİA” markalı avtomobilində yaranan texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsini 5 zolaqlı yolun 4-cü zolağında saxlayaraq evakuator gözləməyə başlayıb. Bu zaman yüksək sürətlə hərəkət edən “Land Rover Discovery” markalı maşın onu vurub.
Zərbənin təsirindən iki maşın arasında qalan KİA-nın sürücüsü havada uçaraq bir neçə metr kənara düşüb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.